NATO üç düşərgəyə bölünüb?

Britaniyanın “The Sunday Times” qəzeti Ukraynadakı münaqişənin NATO-da Rusiyaya qarşı birliyin olmadığını göstərdiyinə diqqət çəkib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazır.

Materialın müəllifinin sözlərinə görə, nəticədə Şimali Atlantika Alyansı üç düşərgəyə bölünüb. “Şahinlər” adlanan birinci qrupa Rusiya ilə həmsərhəd ölkələr, o cümlədən Polşa daxildir. Qeyd olunur ki, bu kateqoriyadan olan nümayəndələr hesab edirlər ki, NATO-nun Ukraynaya Donbass və Krım üzərində nəzarəti bərpa etmək üçün əlindən gələni etməlidir. Nəşr həmçinin qeyd edir ki, bu dövlətlər Rusiyada hakimiyyət dəyişikliyi üçün şərait yaradılmasının vacibliyini də qeyd edirlər.

İkinci qrup “göyərçinlər” adlanır. Buraya atəşkəs istəyən ölkələr daxildir. Eyni zamanda, onlar Kiyevdən Moskvanın xeyrinə ərazi güzəştlərini məqbul hesab edirlər. Qəzet Skandinaviya ölkələrindən birinin rəsmisinə istinadən yazıb ki, belə bir “sövdələşmə ədalətli olmayacaq, amma praktiki olacaq”.

Nəşr “dəvəquşu” adlanan üçüncü qrupa Ukraynadakı münaqişəyə o qədər də əhəmiyyət verməyən dövlətləri daxil edib. Qəzet qeyd edir ki, bunlara xüsusilə Cənubi Avropa ölkələri daxildir. Onların NATO-nun qəbul etdiyi sənədləri dəstəklədikləri, lakin münaqişəyə daha çox həvəs göstərmədikləri izah edilir.

Xatırladaq ki, iyunun sonunda NATO-ya üzv ölkələrin liderləri yeni strateji konsepsiya qəbul etdilər və bu konsepsiyada Rusiya rəsmi olaraq Şimali Atlantika Alyansının təhlükəsizliyinə ən böyük təhdid kimi tanındı. Alyansın qərarına təsir edən əsas amil, sənədə əsasən, Avro-Atlantik təhlükəsizliyi sarsıdan və “hesabsız iztirab və dağıntılara səbəb olan” Ukraynadakı hərbi əməliyyatlar olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə