Avropa İttifaqı Moldovaya hərbi yardım ayırır

Avropa İttifaqı Moldovaya hərbi yardım proqramının başladığını elan edib və bunun üçün Avropa Sülh Fondundan 40 milyon avro ayrılacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Aİ Şurasının dərc etdiyi bəyanatda deyilir.

“Proqramın ümumi məqsədi milli təhlükəsizliyin, sabitliyin və müdafiə sektorunun dayanıqlığının gücləndirilməsi məqsədilə Moldova Silahlı Qüvvələrinin imkanlarının genişləndirilməsinə töhfə verməkdir”, – məlumatda deyilir

Bütün xəbərlər Facebook səhifəmizdə