İranda arxa-axraya zəlzələ olub

Gecə yarısı Fars körfəzi sahillərində Hörmüzqanda baş verən zəlzələlərdə azı 5 nəfər həlak olub, onlarla yaralı xəstəxanalara çatdırılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, zəlzələ daha iki ölkədə hiss olunub.
İranın cənubundakı Hörmüzqan əyalətinin Bender Hemir və Bender Lenge şəhərlərində bir-birinin ardınca şiddətli zəlzələlər baş verib. Yerli vaxtla saat 02.02, 03.54 və gecə 03.55-də baş verən zəlzələlərin maqnitudası 6.3, 6.1 və 6.1 bal olub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə