Ali məhkəmə abortu qadağan etdi

ABŞ prezidenti Co Bayden, Ali Məhkəmənin abortu konstitusion hüquq elan etməsindən sonra federal hökumətin abortun hələ də qanuni olduğu ştatlara səyahət edən qadınları qoruyacağını bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, “Google” isə qadınların məxfiliyini qorumaq üçün məkan məlumatlarını siləcəyini açıqlayıb. Ölkədə qəbul edilən qərara reaksiyalar artmaqda davam edir.

ABŞ-da milyonlarla qadın Ali Məhkəmənin 50 illik "Wade-ə qarşı Roe" ləğv etməsimin ardından iyun ayında hüquqi abort haqqını itirib.

Qərar ayrı-ayrı ştatların abortu qadağan etməsinə yol açdı. Bəzi ştatlarda abort klinikaları bağlanmağa başlayıb. Bu ştatlar abort xidmətlərini saxlamaq və ya ləğv etmək üçün döyüş meydanına çevrilib.

Abortun qadağan olunduğu və ya məhdudlaşdırıldığı ştatlarda qadınlar abortun qanuni olduğu ərazilərə çatmaq üçün dövlət sərhədlərini keçməli ola bilər. “Google” istifadəçilərin məkan tarixçələrindən ABŞ-ın abort klinikalarına baş çəkmələrinə görə insanları mühakimə etmək üçün istifadə oluna bilən məlumatların silinməsi üçün addımlar atdığını deyir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə