Şimali Koreya G7-yə cavab verdi

G7 ölkələrinin liderləri tərəfindən qeyri-qanuni ballistik raket sınaqlarını dayandırmağa çağırılan Şimali Koreya hökuməti “Bizim silah proqramımız özünümüdafiədir, geri çəkilməyəcəyik” deyib. SİA-nın xarici mətbuata istinadən xəbər verir ki, G7 ölkə liderlərinin yaydığı bəyanatda, Şimali Koreyanın davamlı və qeyri-qanuni ballistik raket sınaqlarının şiddətlə pislənməsindən sonra Pxenyandan bəyanat verilib.
Koreya Xalq Demokratik Respublikasının (KXDR) Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin rəhbəri Co Çol Su dövlətin nəzarətində olan Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) vasitəsilə verdiyi açıqlamada G7 ölkələrinə reaksiya verib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...