İranda 6 bal gücündə zəlzələ baş verib

İranın cənubunda 6 maqnitudalı zəlzələ baş verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Hörmüzgan ostanının Bəndər Lingə şəhərindən 61 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə