İnflyasiyaya səbəb Avropa Mərkəzi Bankıdır?

Münhendəki Ifo İqtisadi Araşdırmalar İnstitutunun keçmiş rəhbəri Hans-Verner Zinna Avropada yüksək inflyasiyaya görə Avropa Mərkəzi Bankınının məsuliyyət daşıdığını bildirir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Compact” yazır.

Ekspertin sözlərinə görə, inflyasiyanın indiki səviyyəsi artıq kifayət qədər yüksəkdir, lakin vəziyyət hələ də pisləşməkdə davam edir.

Almaniyada istehsalçı qiymətləri 33,6 faiz, İspaniya və İtaliyada 40 faizdən çox artıb. İstehlak qiymətləri isə öz növbəsində göstərilən dəyərlərin ən azı üçdə biri qədər artır.

Alman ekspertə görə, “gələcək üçün parlaq perspektivlər yoxdur”.

Qeyd edək ki, bundan əvvəl iyunda avro zonasında illik inflyasiya növbəti rekordu qıraraq 8,6 faiz təşkil edib.

Belə ki, qiymət artımları, enerjidə (mayda olan 39,1 faizlə müqayisədə 41,9 faiz), ərzaq, alkoqol və tütün məmulatlarında (maydakı 7,5 faizlə müqayisədə 8,9 faiz) artıb.

Statistika idarəsinin məlumatına görə, maraqlı da olsa, sənaye malları (4,3 faiz) və xidmətlər (3,4 faiz) ucuzlaşıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...