Belarus Ukraynaya hücum etmək gücündə deyil?

Bu gün “Lukaşenko rejiminin fırlandığını” deyən Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç “Belarus tərəfinin işğal təhlükəsi” ilə bağlı səsləndirilən fikirlərin Putin təbliğatının dezinformasiyasından başqa bir şey olmadığını bildirib.

Qeyd edək ki, Arestoviç bu fikri rusiyalı hüquq müdafiəçisi Mark Feyqinlə söhbətində bildirib.

Beləliklə, Arestoviçiə görə, bu gün qonşu Belarus tərəfdən Ukrayna üçün heç bir real təhlükə yoxdur. Bu təhlükəni yaratmaq üçün Belarus ordusu ən azı ay yarım səfərbər olmalıdır...Bundan əlavə belaruslar Rusiya qoşunları olmadan bunu etmək iqtidarında deyillər. Doğrudur, Belarus ərazisində rus ordusu, rus xidməti var. Amma onlar Ukraynaya hücum etmək üçün yetərincə deyillər.

Yəni Belarusun indi işğal edəcəyi ilə bağlı bütün bu deyilənlər Putin tərəfindən hazırlanan dəhşətli nağıl və ya bu müharibənin ən pop memlarından biridir.

Qeyd edək ki, Arestoviç, həmçinin Belarusdan hücum üçün daha 15-20 min rus əsgərinin lazım olduğunu bildirib ki, indi bu da ruslarda yoxdur.

Yeri gəlmişkən, bu “faktlarla” bağlı SİA “UNİAN”a istinad edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...