Rusiya Odessaya hücum etdi - ÖLƏNLƏR VAR

Rusiya Odessaya hücum etdi - ÖLƏNLƏR VAR

Ukraynada müharibə ölkənin şərq rayonlarında tam sürətlə davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Rusiya Ukrayna şəhərlərinə raket zərbələri endirməyə davam edir. Rusiyanın bu dəfə hədəfi Odessa olub. Səhər saatlarında həyata keçirilən raket hücumunda ən azı 17 nəfərin həlak olduğu bildirilib.

Qeyd edək ki, hadisə zamanı 31 nəfər yaralanıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə