Avropa İttifaqı(Aİ) Moldova silahlı qüvvələrinə dəstək üçün 40 milyon avro ayıracaq. Bu maliyyə yardımı hərbi texnikanın alınmasına və Moldova ordusunun təliminə sərf olunacaq.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Aİ-nin qərarında qeyd edilir: “Bu yardım Moldova silahlı qüvvələrinin maddi-texniki təchizatı, mobillik, komandanlıq və idarəetmə, kibermüdafiə, pilotsuz uçuş kəşfiyyatı və taktiki rabitə potensialını gücləndirəcək. Lazımi avadanlıq, materiallar və xidmətlərlə, o cümlədən təlimlərlə təmin olunacaq”.
Aİ vurğulayıb ki, bu məbləğ 2021-ci ilin dekabrında təsdiq edilmiş yardımın tərkib hissəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB