Braziliya polisi 500 kq kokain aşkar edib

Braziliya polisi 500 kq kokain aşkar edib

Braziliya Federal Polisi və Gömrük xidməti Cənubi Amerikanın ən böyük Santos limanında yarım ton narkotik maddə aşkar edib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə San-Paulu əyalətində içərisində 500 kiloqram kokain olan konteynerlərdən birində tapılıb.

"Narkotik maddə Santos limanının terminallarından birində şəkər yükləri arasında konteynerdə gizlədilib", - deyə məlumatda bldirilib.

Yükün təyinat yeri açıqlanmayıb, araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə