Odessaya raket atılıb, azı 10 nəfər həlak olub

İyulun 1-ə keçən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Odessa vilayətinə strateji aviasiyadan bir neçə raket zərbəsi endirib. Raketlərdən biri doqquz mərtəbəli binaya düşüb, on nəfər həlak olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Odessa Hərbi Administrasiyasının spikeri Sergey Bratçuk Telegram səhifəsində məlumat verib.

Onun sözlərinə görə, atılan raketlərdən biri 9 mərtəbəli yaşayış binasına, ikincisi isə Belqorod-Dnestrovski rayonundakı istirahət mərkəzinə düşüb. 9 mərtəbəli yaşayış binasının bir bloku tamamilə dağılıb.

Xilasedicilər dağıntılar altından on nəfərin cəsədini çıxarıb, üçü uşaq olmaqla yeddi yaralıya artıq tibbi yardım göstərilib. Təxminən 20 kvadratmetr sahədə evə bitişik mağazada da dağıntılar var. İstirahət mərkəzində yanğın aşkar edilməyib. Ölənlər var, onların sayı dəqiqləşdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə