Yunanıstan yeni qırıcılar alır...

Bu arada Yunanıstan Birləşmiş Ştatlara F-35 qırıcı-bombardmançılarından bir eskadrilya alınması üçün rəsmi müraciətlə məktub göndərib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Associated Press” yayıb.

Bu qərar barədə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis NATO-nun Madriddə keçirilən sammiti zamanı jurnalistlərə bildirib.

O, sonradan belə təyyarələrin əlavə partiyasını da sifariş edəcəyini istisna etməyib. “Bu prosesin bir hissəsi sorğu məktubunun göndərilməsidir ki, biz də yaxınlarda bu məktubu göndərdik”. Bunu yunan nazir bildirib.

O, ərizəyə baxılmasının "uzun proses" olduğunu və Afinaya görə, razılaşmadan sonra qırıcıların Yunanıstana 2027-2028-ci illərdən tez çatmayacağını bildirib.

Mitsotakis ölkəsinin qırıcı alınması ilə bağlı Fransaya da yazılı müraciət etdiklərini də gizlətməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə