Rusiya bu ərazidən geri çəkildi

Əsgərlərinin Qara dənizdəki adadan ayrıldığını elan edən Moskva qeyd edir ki, sözügedən addım taxıl dəhlizinin açılması üçün atılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Ukrayna sahillərindəki İlan adasından qoşunlarını çıxarır. Müdafiə Nazirliyi sözügedən addımın taxıl dəhlizinin açılması üçün atıldığını açıqlayıb. Kiyev administrasiyası da rus əsgərlərinin adanı tərk etdiyini təsdiqləyib. Rusiya aylardır ki, mühüm taxıl ixracatçısı olan Ukraynanın məhsullarının Qara dənizə açılmasını əngəlləyir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə