İstilərlə əlaqədar 12 nəfər ölüb

Yaponiyanın paytaxtı Tokioda termometrlər 1875-ci ildən bəri iyun ayında görülən ən yüksək dəyər olan 36,4-ü göstərib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkənin müxtəlif yerlərində havanın temperaturu 39 dərəcəni keçib. İstilər səbəbi ilə ən azı 12 nəfərin öldüyü bildirilib.

Yaponiyanın Saitama əyalətində 39,9, Qunma əyalətində 39,7 və Şizuokada 39,4 dərəcəyə çatan istilər ən azı 12 nəfərin ölümünə səbəb olub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə