Madriddə Türkiyə və ABŞ Prezidentləri arasında görüş keçirilib

Madriddə Türkiyə və ABŞ Prezidentləri arasında görüş keçirilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Cozef Bayden Madriddə bir araya gəliblər.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə prezidentləri geniş tərkibli nümayəndə heyətləri müşayiət edib.

Liderlər NATO-nin gücləndirilməsi istiqamətində atılacaq addımları, Ukrayna böhranını, eləcə də gündəlikdə olan digər məsələlər ətrafında müzakirələr aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə