“Rusiya onlara biganə qalmayacaq...”

Putin: “Finlandiya və İsveçə NATO kontingenti yerləşdirilsə, cavab verəcəyik”
“Rusiya onlara biganə qalmayacaq...”

İsveç və Finlandiyada NATO-nun hərbi infrastrukturunun yerləşdirilməsi vəziyyətində Rusiya onlara biganə qalmayacaq,.. təbii ki, cavab verəcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin Aşqabad hava limanında Xəzər sammitinin yekunlarına dair keçirilən mətbuat konfransı zamanı deyib.

Rusiya lideri qeyd edib ki, Rusiya Federasiyasının İsveç və Finlandiya ilə NATO-ya üzv olacağı təqdirdə Moskvanı narahat edə biləcək heç bir problemi yoxdur.

“...Bizim Finlandiya və İsveçin NATO-ya üzvlüyü baxımından narahat olacağımıza heç bir əsas yoxdur. Əgər onlar NATO-ya üzv olmaq istəyirlərsə, buyursunlar. Yalnız onlar aydın şəkildə başa düşməlidirlər ki, əvvəllər onlara qarşı heç bir təhlükə yox idi. İndi isə ora hərbi kontingentlər və infrastruktur yerləşdirilsə, biz cavab verməli və təhdidlərin yarandığı ərazilər üçün eyni təhlükələri yaratmalı olacağıq”.

Qeyd edək ki, Putin bunları Aşqabadda jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə