İndoneziya prezidenti Coko Vidodo Kiyevə səfəri çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Görüş zamanı Vidodo Moskvaya səfər etməyi planlaşdırdığını və Zelenskinin mesajını Rusiya lideri Vladimir Putinə çatdıra biləcəyini bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Reuters” yayıb.

“Mən yaxın vaxtlarda prezident Putini görəcəyəm deyə, Zelenskidən onu mesaj çatdırmağı təklif etdim”. Bunu Vidodo deyib.

Maraqlıdır ki, Ukrayna rəhbərinin bu təklifə necə reaksiya verdiyi hələlik məlum deyil.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin İndoneziyada keçiriləcək G20 sammitində iştirakının sammitin “iştirakçılarının tərkibindən” asılı olacağını bildirib.

Qeyd edək ki, noyabrın 15-16-na planlaşdırılan tədbir Bali adasında keçiriləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə