“Heç nə əvvəlki kimi deyil: hamımızı qeyri-müəyyənlik dövrü gözləyir”

Almaniyanın ev sahibliyi ilə Bavariyada Elmau sarayında keçirilən G7 Dövlət Başçıları Zirvə Toplantısından sonra təşkil edilən mətbuat konfransında O.Şolz deyib...

Almaniya kansleri Olaf Şolz bildirib ki, Ukraynaya qarşı başlayan müharibə ilə əlaqədar Rusiyanı qarşıda qeyri-müəyyən dövr gözləyir.

Almaniyanın ev sahibliyi ilə Bavariyada Elmau sarayında keçirilən G7 Dövlət Başçıları Zirvə Toplantısından sonra təşkil edilən mətbuat konfransında O.Şolz deyib: “Bu sammit Rusiyanın təcavüzünə qarşı birliyimizi və qətiyyətimizi göstərdi.

SİA-nın əldə etdiyi məlumata görə, Rusiya 125 gündür Ukraynaya qarşı müharibə aparır və G7 dövlətləri bu müharibəni pisləyib.

Yaxınlarda Ukraynanın Kremençuk şəhərindəki Amstor Ticarət Mərkəzinə Rusiya əsgərlərinin raket hücumu bu müharibənin vəhşiliyini bir daha göstərdi.

G7 ölkələri Ukraynanın yanındadır.

Sammitdə 24 fevraldan başlayan müharibənin mənası müzakirə olundu. Mən bunu dönüş nöqtəsi hesab edirəm. Heç nə əvvəlki kimi deyil. Hamımız bilirik ki, müharibədən əvvəlki dövrə qayıdış yoxdur və ola da bilməz. Aydındır ki, hamımızı qarşıda qeyri-müəyyənlik dövrü gözləyir. Bu, bir çağırışdır və buna görə də qətiyyət və birlik vacibdir.

Rusiya prezidenti Vladimir Putin bu müharibədə qalib gəlməməlidir. Biz bu müharibədə Putin və onun rejiminə qarşı iqtisadi və siyasi xərcləri artırmağa davam edəcəyik.

Beynəlxalq sanksiyaların ləğvi üçün ilkin şərt Rusiya və Ukrayna arasında müharibəyə son qoymaq üçün ədalətli müqavilədir”.

Bütün xəbərlər Facebook səhifəmizdə