ABŞ Ukraynadan “günah keçisi” düzəltməyə çalışır

Ağ Ev Ukraynadakı vəziyyətdən “günah keçisi” yaradaraq, ondan istifadə etmək istəyir. Bunu Türkiyənin Vətən Partiyasının üzvü Adnan Akfırat deyib.

“Belə görünür ki, ABŞ artıq Avropa İttifaqına üzv dövlətlər üzərində nəzarəti itirir. Buna görə də Avropa üzərində gücünü “bərpa etmək” üçün keçmiş dövlət katibi Henri Kissincerin xəbərdarlığına məhəl qoymayaraq, Ukraynanı günah keçisi etmək qərarına gəlib”

SİA-nın əldə etdiyi məlumata görə, bu fikirlər Adnan Akfıratım “China Daily” nəşrində yer alan yazısında yer alıb.

Müəllif yazır ki, Vaşinqton “öz imkanlarından çox kənara çıxan ambisiyalara görə” çətin vəziyyətdə idi. Məhz Ukraynada münaqişənin qızışdırılması nəticəsində dövlətlər və onların avropalı müttəfiqləri arasında parçalanma baş verdi. Hazırkı vəziyyətdə isə Vaşinqtonun “Kiyevi dəstəkləməkdə” davam etməkdən başqa yolu yoxdur”.

Yeri gəlmişkən, 2022-ci il fevralın 24-dən Rusiya Ukraynanın demilitarizasiyası üçün xüsusi əməliyyat keçirir(?).\

Bir müddət əvvəl filosof, dilçi və siyasi yazıçı Noam Çomski ABŞ-ın Rusiyanı zəiflətmək və aciz olduğuna əmin olmaq üçün Ukraynadakı münaqişədə iştirak etdiyini irəli sürmüşdü. Mütəxəssisə görə, bütün olanlara baxmayaraq, “ABŞ hələ də Rusiyaya zərər vurmaqda davam etməkdə qərarlıdır”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə