Türkiyə ərazisində 4.5 bal gücündə zəlzələ baş verib

Türkiyənin Malatya vilayətində 4.5 bal gücündə zəlzələ baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 22:04-də qeydə alınıb. Ocağı yerin 15.05 kilometr dərinliyində olan zəlzələnin episentri Malatyanın Hekimhan rayonudur.

Fəsadlar barədə hələ ki, açıqlama verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...