Şotlandiyada müstəqillik referendumu gözlənilir

Qeyd edək ki, Şotlandiyanın sabiq baş naziri Aleks Salmond və Böyük Britaniyanın sabiq baş naziri Devid Kemeron 2012-ci ilin sonlarında Şotlandiyada referendum keçirilməsi ilə bağlı razılığa gəlmişdilər...

2023-cü ildə Şotlandiyada müstəqillik referendumu keçirilə bilər. Bu barədə Şotlandiyanın baş naziri Nikola Stercen məlumat verib. SİA-nın əldə etdiyi məlumata görə, O, gələn il oktyabrın 19-da yeni müstəqillik referendumu keçirməyi planlaşdırdığını açıqlayıb.

N.Stercen Böyük Britaniyanın baş naziri Boris Consona məktub yazaraq referendumun keçirilməsi üçün ondan rəsmi razılıq alacağını deyib. O, təklifin qəbul edilməyəcəyi təqdirdə isə planla bağlı qətiyyətlə hərəkət edəcəklərini, İngiltərə hökumətinin icazəsi olmadan referenduma getmək üçün müraciət ərizəsini Böyük Britaniya Ali Məhkəməsinə göndərəcəklərini, Şotlandiya hökumətinin xeyrinə qərar veriləcəyi təqdirdə referendum aktını Şotlandiya parlamentindən tez bir müddətdə keçirəcəyini bildirib.

Qeyd edək ki, Şotlandiyanın sabiq baş naziri Aleks Salmond və Böyük Britaniyanın sabiq baş naziri Devid Kemeron 2012-ci ilin sonlarında Şotlandiyada referendum keçirilməsi ilə bağlı razılığa gəlmişdilər.

2014-cü ildə keçirilən müstəqillik referendumunda şotlandların 55 faizi Böyük Britaniyanı tərk etməkdən imtina etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə