ABŞ Əfqanıstana 55 milyon dollarıq yardım edib

ABŞ Dövlət Departamenti Əfqanıstanda iyunun 22-də baş vermiş zəlzələ ilə əlaqədar ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə əlavə 55 milyon dollarlıq təcili humanitar yardım elan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ iyunun 22-də Əfqanıstanda baş verən 6,1 bal gücündə zəlzələdən zərər çəkənlərə yardım əlini uzadıb. ABŞ Dövlət Departamenti tərəfindən edilən yazılı açıqlamada bildirilib ki, 22 İyunda Əfqanıstanda baş verən dağıdıcı zəlzələ əfqan xalqının çox uzun müddətdir davam edən humanitar böhranını daha da gücləndirib. Zəlzələdən sonra Əfqanıstana edilən yardımlar xatırladılıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə