Hindistan özünün tank əleyhinə raketini sınaqdan keçirib

Hindistanın insan tərəfindən daşınan tank əleyhinə raket kompleksi Racastan ştatındakı poliqonda sınaqdan keçirilib.

SİA bu barədə rus saytlarına istinad edir.

“vpk-news.ru” xəbər verir ki, bu barədə Hindistanın “Rakshak News” xəbər agentliyi Hindistan Müdafiə Nazirliyinin rəsmi açıqlamasına istinadən məlumat yayıb.

Onu da qetd edək ki, yeni ATGM Hindistanın Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı tərəfindən hazırlanıb. Tank əleyhinə raketin buraxılışı çiyindən "atəş və unut" prinsipinə uyğun olaraq həyata keçirilir ki, bu da əsgərə buraxılışdan dərhal sonra mövqeyini tərk etməyə imkan verir.

Yeri gəlmişkən bildirək ki, yeni raketlər müasir infraqırmızı təyinat başlıqları və inteqrasiya olunmuş avionik idarəetmə sistemi ilə təchiz edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə