Çin NATO-nu Ukraynadakı münaqişədən “soyuq müharibəni alovlandırmaq” üçün istifadə etməməyə çağırıb

Çinin BMT-dəki nümayəndəsi Çjan Çzyun Təhlükəsizlik Şurasının iclasında NATO-nun Ukraynadakı münaqişədən “yeni soyuq müharibənin qızışdırılması” üçün istifadə etməməyə çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bildirib ki, Çin NATO-nun Asiya-Sakit okean regionunun işlərinə qarışmasına, eləcə də orada bu alyansın analoqunun yaradılmasına “qəti şəkildə etiraz edir”.

Onun sözlərinə görə, alyans regionda “süni şəkildə fikir ayrılıqları və ziddiyyətlər yaratmağa” çalışır. Çzyun həmçinin qeyd edib ki, Pekin “NATO-nun strateji düzəlişlərini yaxından izləyir və alyansın strateji konsepsiyasına düzəlişlər etmək planlarından son dərəcə narahatdır”.

Xatırladaq ki, bir müddət əvvəl NATO-nun strateji konsepsiyasında ilk dəfə Çinin qeyd olunacağı bildirilmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə