Rusiya Bolqarıstandakı səfirliyini bağladı

Rusiyanın Bolqarıstandakı səfirliyi Sofiyadakı konsulluq departamentinin, Varna və Rusedəki baş konsulluqların işini dayandırdığını açıqlayıb. Qərar 70 rusiyalı diplomatın ölkədən çıxarılması ilə əlaqədar qəbul edilib.

SİA bu barədə rus saytlarına istinad edir.

“...Rusiyanın Bolqarıstandakı səfirliyinin konsulluq xidməti və Rusiyanın Varnadakı baş konsulluğu öz işini dayandırır. Çərşənbə günü Rusedəki konsulluq bir ay ərzində tamamilə bağlanacaq işini dayandıracaq”.

Qeyd edək ki, bunları Rusiya səfirliyinin Bolqarıstandakı müşaviri-elçisi Filipp Voskresenskidən TASS sitat kimi gətirir.

Qeyd edək ki, bundan əvvəl Bolqarıstan 70 rus diplomatını casusluq ittihamı ilə ölkədən çıxarmaq qərarına gəlib.

Onu da bildirək ki, Rusiya Xarici İşlər Nazirliyi buna cavab verəcəyini bildirmişdi.

RT xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “...Sofiyanın 70 rusiyalı diplomatı ölkədən çıxarmaq qərarı Bolqarıstan xalqının maraqlarına ziddir və Rusiya ilə ikitərəfli münasibətləri pozur”-deyə bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə