Türkiyə İsveç və Finlandiyanın NATO-ya daxil olmasına razılıq verib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq deyib.
"Mən məmnuniyyətlə elan etməkdən məmnunam ki, indi İsveç və Finlandiyanın NATO-ya daxil olmasına yol açan sazişimiz var", - təşkilatın rəhbəri bildirib.
O vurğulayıb ki, Madriddəki görüşdən sonra Türkiyə, İsveç və Finlandiya nümayəndələri Türkiyənin təhlükəsizlik tələblərini, o cümlədən silah ticarətinə nəzarət və terrorizmlə mübarizəni nəzərə alan saziş imzalayıblar.
"Qazanılan irəliləyişlər fonunda Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasını dəstəkləməyə hazırdır", - Stoltenberq əlavə edib.
Xatırladaq ki, İsveç və Finlandiya mayın 18-də Şimali Atlantika alyansına daxil olmaq üçün ərizəni NATO-ya verib. Türkiyə Stokholm və Helsinkinin terror təşkilatları ilə bağlı dəqiq və birmənalı mövqeyinin olmadığını qeyd edərək, bu müraciətlərə baxılması prosesinin başlanmasını əngəlləmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB