"Gəlin, Minsk Qrupunu İrəvana çağıraq..."

Suren kimi dar düşüncəli erməbilər hələ də ümidlidirlər

...Deyim ki, bu gəlsə-gəlsə...ancaq erməninin ağlına gələrdi. Döğrudan da, siyasət sahəsində erməniyə “çatan olmaz”. “Etiraf edilməlidir” ki, bu sahədə onlar artıq lap “bişiblər”.

Hə, ermənilərdə biri var, politoloq Suren Sarkisyan,.. o gün onun bir “tapıntısı” ilə tanış olmaq mənə də nəsib oldu. Qeyd edim ki, belələrinə adamın lap “paxıllığı tutur”.

İnanmırsınız, buyurun, Siz də tanış olun. Amma bəri başdan deyim ki, Suren öz “tapıntıları”nda rusu duyuq salmamaq üçün bir az üstüğrtülü danışır deyə, ona görə də mən özüm necə başa düşürəm, Sizlərə də elə çatdırmağa çalışacam.

Deməli, uzun illər “Ermənistan-Amerika münasibətləri və onların tarixi haqqında kifayət qədər məlumatlı olan erməni politoloq Suren Sarkisyan” bu günlərdə ABŞ-ın bu regionda başqalarına yox, niyə məhz ermənilərə bu qədər “sayqı” göstərməsinin səbəbini sual kimi özünə verib. Doğrudan da, axı, bu necə olur, ABŞ-ın bu bölgədə Türkiyə kimi müttəfiqi ola-ola, Vaşinqton niyə məhz “İrəvana meyl edir?”.

Qeyd edilməlidir ki, bununla bağlı uzun nağıllar qurmağa çalışan Suren əslində buna elə kəsə yolla da nail ola bilərdi.

Təbii ki, tarix erməni satqınlığı və saxtakarlığına dair faktlarla zəngindir. Deyim ki, bunu ABŞ-dakılar ermənilərdən də yaxşı bilirlər və ona görə də, Rusiyaya qarşı hələlik “real tarazlıq” dedikləri bir nəsnəni yaratmaq üçün məhz ermənilərin xidmətindən yararlanmaq istəyirlər. Çünki onlar regionda yaşayan türk xalqlarının buna imza atacaqlarına əmin deyillər. Əslində, doğru da düşünürlər, amma erməni ilə...

...Erməni demişkən, ötən gün elə həmən bu politoloq Suren Sarkisyan yeni bir “tapıntısı” ilə yenidən gündəmə gəlmək istəyib. Belə ki, o Ermənistan rəhbərliyinə məsləhət kimi, ATƏT-in Minsk qrupunu İəvana dəvət etməyi təklif edib.

Onun sözlərinə görə, bu gün Minsk qrupunun “ölümü”ndə bir tərəfdən Fransa və ABŞ, digər tərəfdən Rusiya bir-birini günahlandırırlar.

“...Ermənistan isə Azərbaycandan fərqli olaraq, Minsk Qrupunun bizə ehtiyacı olduğunu təkid edir. İndi sual olunur: Ermənistan niyə ATƏT-in Minsk qrupunun həmsədrlərini İrəvana dəvət etmir? Yeri gəlmişkən, bu, Qərblə Rusiya arasında yeganə kommunikasiya kanalı ola bilər...”-deyən

Surenə görə, qoy, həmsədrlər yenidən durub regiona gəlsinlər, Azərbaycanda onları qəbul etməsinlər. Biz isə qəbul edək...bu, çox şeyə aydınlıq gətirə bilər(?).

İnanın ki, deməyə söz də tapa bilmirsən(?).

Maraqlıdır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir müddət bundan əvvəl “ATƏT-in Minsk qrupu ABŞ və Fransanın təşəbbüsü ilə təfərrüatlı işini dayandırıb” deməsinə, ermənilər ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Kerri Donfrid dediklərini əsas gətirərək nəyə isə ümid edirlər.

Qeyd edək ki, amerikalı səlahiyyətli... ABŞ-ın Ukraynadakı müharibəyə görə Rusiya ilə münasibətlərini kəsməsinə baxmayaraq, ATƏT-in Minsk Qrupunda əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildirmişdi.

...Suren kimi dar düşüncəli erməbilər isə hələ də ümidlidirlər: “biz Minsk Qrupunun işini davam etdirməyi səbirsizliklə gözləyirik”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...