Ukraynanın Luqansk vilayətinin Lisiçansk şəhərində dinc sakinlərin Rusiya hərbçiləri tərəfindən atəşə tutması nəticəsində 8 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib.
“Bu gün Lisiçanskda dinc əhali tankerdən su yığarkən Rusiya hərbçiləri izdihamı “Uraqan” reaktiv yaylım atəşi sistemləri ilə atəşə tutublar. Nəticədə 8 nəfər ölüb, 21 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb”, – o feysbukdakı hesabında yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB