Polşanın Rusiyaya qarşı əsas qorxusu..?

Polşanın Rusiyaya qarşı əsas qorxusu..?

Polşa Rusiyanın Donbassdakı uğurundan və bütün Ukrayna ərazisinin Moskvanın nəzarətinə keçməsindən qorxur.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə köşə yazarı Entoni Tokarz Amerikanın “Conservative” jurnalı üçün məqaləsində yazıb.

Jurnalistin sözlərinə görə, o, bu yaxınlarda Polşada olub və Ukrayna ərazisində silahlı münaqişə ilə bağlı mövcud vəziyyətdən narahat olan qruplarla danışıb.

O, Polşa vətəndaşları, əcnəbi könüllülər və ukraynalı qaçqınlarla ünsiyyət qura bildiyini vurğulayıb. Sonuncu Polşa xalqının inanılmaz səxavətinə heyran olduğunu, eyni zamanda Avropa İttifaqında vahid qaçqın siyasətinin olmamasından narahat olduğunu bildirib.

Tokarz yazır ki, Ukraynadan olan qaçqınlar silahlı münaqişəyə ictimai marağın zəifləməsi ilə vətənlərinin çoxunun və bəlkə də bütün ölkənin Rusiyanın nəzarətinə keçəcəyindən qorxurlar.

O qeyd edib ki, həmsöhbətləri Rusiya ordusunun Donbasda irəliləməsini nəzərə alaraq Avropa İttifaqının təsirli tədbirlər görmək qabiliyyətinə şübhə edirlər.

“Demək olar ki, hər kəs qisas alması perspektivindən qorxduğunu bildirdi, xüsusən də Ukraynanın Donbassdakı uğursuzluqları xəbərindən sonra”, - bunu da Tokarz bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə