...Krıma istənilən hücum cəhdi Rusiya tərəfindən müharibə elanı kimi qiymətləndiriləcək. Əgər bunu NATO-ya daxil olan bir ölkə etsə, Rusiya bütün Şimali Atlantika Alyansı ilə münaqişəyə girəcək və bu, əslində Üçüncü Dünya Müharibəsinin başlaması demək olacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Arquments and Facts” qəzetinə verdiyi müsahibəsində bildirib.
Maraqlıdır ki, Üçüncü Dünya Müharibəsinin artıq neçənci dəfədir ki, anonsunu verən Medvedev bunun “ümumi fəlakət” olacağını xatırladıb.
“...Krıma təcavüz cəhdi ölkəmizə müharibə elanıdır. NATO-nun bir hissəsi olan bir ölkə bunu edərsə, bu, bütün Şimali Atlantika Alyansı ilə münaqişədir. Tam fəlakətlə sonunclanan Üçüncü Dünya Müharibəsinin başlaması deməkdir”.
Qeyd edək ki, Medvedev bu barədə Ukraynanın NATO-ya daxil olmasının mümkün nəticələri ilə bağlı çıxışı zamanı danışıb.
Yeri gəlib deyə bildirək ki, 2014-cü ilin dekabrında Ukraynanın Ali Radası ölkənin bloksuz statusundan imtina edərək iki qanuna dəyişiklik edib. 2019-cu ilin fevralında parlament konstitusiyaya düzəlişlər qəbul edərək və bununla da dövlətin Şimali Atlantika Alyansı və Avropa İttifaqına istiqamətli kursunu birləşdirdi.
Beləliklə, Ukrayna gücləndirilmiş imkanlara malik hərbi blokun tərəfdaşı statusunu alan altıncı ölkə oldu.
Yeri gəlmiıkən, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin dünyanı Üçüncü Dünya Müharibəsi ilə qorxurması gərək ki, ilk hal olmamalıdır. Özü də Medvedevin Üçüncü Dünya Müharibəsinin nüvə silahı olmadan keçinməyəcəyini deyərkən, sanki elə başa düşülür ki, guya bu silahlar ancaq onlardadır.
Qeyd edək ki, aparılan araşdırmalara görə, dünyada təqribən 14,995 ədəd nüvə silahı mövcuddur. (...deyim ki, bu elə də dəqiq rəqəm olmamalıdır. Çünki İsrail, Şimalı Koreya kimi ölkələrdə olan nüvə silahlarının miqdarı hələ də gizli olaraq qalmaqdadır-A.B.)
...Gərək ki, bu silahların təqribən 7000 ədədi Rusiyada olmalıdır. Deməli, əgər nüvə başlığının 7000 ədədi ruslardadırsa, deməli, qalan 8 mindən beş ədəd az da başqa dövlətlərdədir.
Onu da qeyd edək ki, ruslarda olan 7000 ədəd nüvə silahının hamısının işlək olmasına da, bu sahəyə məsul rus səlahiyyətlərinin əksəriyyəti belə zəmanət vermir.
Xatırladaq ki, əslində bəzi rus səlahiyyətlilərinin dünyaya nüvə silahı ilə “xox” gəlməsi əslində yalançı “xox” dan başqa bir şey deyil.
Yadımdadır, bir müddət bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Üçüncü Dünya Müharibəsinin baş verəcəyi təqdirdə nüvə silahı ilə dağıdıcı olacağını demişdi. Amma sonradan ABŞ Prezidenti Cozef Baydeni təcrübəli insan kimi xarakterizə edən rusiyalı xarici işlər naziri sanksiyaları müharibənin yeganə alternativi kimi göstərmişdi.
“...Üçüncü Dünya Müharibəsi artıq gedir…”. Qeyd edim ki, bunu tanınmış jurnalist Sean O'Grady bildirib. Maraqlıdır ki, bu qənaətin nə qədər axmaq səslənməsinə baxmayaraq, amma jurnalist bununla bağlı hökmü vermək üçün kifayət qədər əsas olduğunu bildirmişdi.
“Doğrudur, bu müharibə Şimali Almaniya çöllərində supergüclərə aid tankların bir-birini qovması şəklində getmir, amma yaxşı diqqət eləsək, görərik ki, dünya od içindədir”.
Jurnalist Sean O'Grady bütün bunların Üçüncü Dünya Müharibəsinin əsas əlamətləri olduğunu bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB