Ticarət mərkəzində ölənlərin sayı artır

Kremençuk şəhərinin ticarət mərkəzinə endirilən raketdən sonra qohumlarının itkin düşməsi ilə bağlı 40-dan artıq müraciət daxil olub
Ticarət mərkəzində ölənlərin sayı artır

Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinin ticarət mərkəzinə endirilən raketdən sonra qohumlarının itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına 40-dan artıq müraciət daxil olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu Ofisi rəsmi saytı məlumat yayıb. Bildirilib ki, indi xilasedicilər ticarət mərkəzinin qalıqlarını sökməyə davam edir. Yanğın səbəbindən iş çətinləşib, onun qarşısını almaq üçün tədbirlər görülür.

Məlumatda qeyd edilir ki, hazırda 14 nəfərin öldüyü, 59 nəfərin xəsarət aldığı müəyyən edilib. Xəsarət alanların yarısının vəziyyəti ağırdır.

Qeyd edək ki, raket hücumu zamanı ticarət mərkəzində çoxsaylı insan olub. Ona görə də itkilərin sayının artacağı ehtimal edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə