ABŞ-da qatar qəzası baş verib

ABŞ-ın Missuri ştatında qatarın relsdən çıxması nəticəsində 3 nəfər ölüb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə CNN telekanalının efirində ştatın Yol Patrulunun sözçüsü Castin Dann məlumat verib.

“Qatarda olan 2 nəfər, həmçinin yük maşınında olan bir nəfər (qəza keçiddə lokomotivlə yük maşınının toqquşması nəticəsində baş verib-red) həlak olub”, – o deyib.

O, bildirib ki, ölənlərin sayı arta bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə