Moody's Rusiyanın avrobondlar üzrə defolt elan etdiyini bildirib

Moody's Rusiyanın avrobondlar üzrə defolt elan etdiyini bildirib

Moody's Rusiyanın xarici borc öhdəliklərini yerinə yetirmədiyini bildirib. Bu barədə beynəlxalq reytinq agentliyinin saytında yerləşdirilən məlumatda deyilir.

“İyunun 27-də güzəşt müddətində iki avrobond kuponu üzrə ödənişlər istiqraz sahiblərinə çatmayıb ki, bu da bizim tərifimizə görə defolt təşkil edir”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hesabatda belə deyilir.

Ötən ay ABŞ Rusiyaya xarici borcuna xidmət göstərmək üçün ödənişlər etməyə icazə verən ümumi lisenziyanı yeniləmədi. Ötən həftə Rusiya bu cür ödənişlərin həyata keçirilməsinə imkan verən yeni mexanizmdən istifadə edərək ilk dəfə rublla ifadə olunmuş avrobond öhdəliklərini yerinə yetirdi.

Amma maraqlıdır ki, Maliyyə naziri Anton Siluanov bunu xarici borc üzrə defolt olmadığını bəyan edərək, bunlarla fazılaşmır.

Rusiyalı nazirin fikrincə, kreditorların Moskvanın öz öhdəliklərini lazımınca yerinə yetirdiyinə inanmağa əsasları yoxdur, çünki Rusiya fors-major şəraitdə kreditorların borclarını alması üçün hər şeyi edir.

Siluanovun sözlərinə görə, ABŞ və Avropa İttifaqı Rusiyanın xarici borcuna “defolt” damğasını vurmaq üçün süni maneələr yaradırlar.

Qeyd edək ki, öz növbəsində, Moody's gələcək kupon ödənişləri üzrə də növbəti defoltları istisna etmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə