Argentina prezidenti Alberto Fernandes G7 sammitində Rusiya qazına alternativ olaraq Argentina qazını Avropa ölkələrinə təklif edəcək.
SİA-nın əldə etdiyi məlumata görə, “TASS” bu barədə Portuqaliyanın “Lusa” agentliyinə istinadən xəbər verir.
Agentliyin yazdığına görə, Fernandes sammit çərçivəsində özünün iki çıxışından və altı ikitərəfli görüşündən istifadə edərək Argentinanı Rusiya əvəzinə Avropaya sabit və etibarlı qaz təchizatçısı kimi təklif etmək niyyətindədir.
Argentinanın keçmiş sənaye naziri Dante Sikin bunun bütövlükdə Latın Amerikası, xüsusən də Argentina üçün dünya ərzaq və enerji təhlükəsizliyinin qorunmasında geniş imkanlar pəncərəsi aça biləcəyini bildirib. Dante bu gün yeni təchizatçılara ehtiyacı olan Avropanı bu təchizatçıları dinc regionlarda axtarmağı məsləhəh görür.
Hazırda, deyildiyi kimi, Avropa ölkələri istilik mövsümünün başlaması ərəfəsində yeni təchizatçılar axtarmaqla yanaşı, qaz həcmlərini də artırırlar. Bu arada Almaniya kansleri Olaf Şolz Avropa İttifaqı ölkələrinin noyabrın 1-dək qaz anbarlarının 80 faiz doldurulması hədəfinə çatmaq üçün hazır olmalarını deyib. Bununla belə, ölkələr öz enerji infrastrukturunu şaxələndirmək üçün də səylərini gücləndirməlidirlər.
Qeyd edək ki, iyunun ortalarından Avropa dövlətləri ciddi qaz problemi ilə üzləşib. 12 Avropa ölkəsi Rusiyadan məhdud miqdarda yanacaq almağa başladı və ya tədarük tamamilə dayandırıldı. Bunun fonunda bəzi ölkələr qaz böhranının yaxınlaşması fonunda ölkədə xüsusi fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu bəyan ediblər. Belə ki, iyunun 23-də Almaniyanın İqtisadiyyat naziri Robert Habek enerji böhranına qarşı mübarizə üçün fövqəladə vəziyyət planının üç fazasından ikincisinin başlandığını elan edərək qaz çatışmazlığını elan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB