“Türkiyənin terrorla bağlı narahatlığını ciddi qəbul edirik”

İsveç xarici işlər naziri Ann Linde Türkiyənin terrorla bağlı narahatlığını ciddi qəbul etdiklərini bildirib.
“Türkiyənin terrorla bağlı narahatlığını ciddi qəbul edirik”

Ann Linde “SVT” dövlət telekanalına müsahibəsində bu barədə danışıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Sabah İspaniyanın paytaxtı Madriddə başlayacaq NATO sammitində ölkəsinin üzvlüyünə dain səmərəli danışıqlar keçiriləcəyinə inandığını ifadə edən Xaric işlər naziri Ann Linde: “Bəzi məsələlərdə fərqli düşünürük. Baxmayaraq, bir-birimizin fikirlərinə hörmətlə yanaşaraq razılaşmamız mümkündür. Türkiyənin terrorla bağlı narahatlığını çox ciddi qəbul edirik və terror təşkilatı PKK ilə bağlı Türkiyə ilə ortaq fikirlərə sahibik”-deyə Ann Linde vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə