"İsveç və Finlandiya Türkiyənin narahtlığını nəzərə almalıdır",

"İsveç və Finlandiya Türkiyənin narahtlığını nəzərə almalıdır",

İsveç və Finlandiya NATO-ya üzvlüklə bağlı Türkiyənin narahatlığını nəzərə almalıdır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq İspaniyanın paytaxtı Madriddə sabah (28 iyun) başlayacaq NATO Liderlər Zirvəsi öncəsi mətbuat mənsublarının suallarını cavalandırarkən deyib.

Stoltenberq İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətləri ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdüyünü və onu iyunun 28-də Madriddə keçiriləcək dördtərəfli sammitə dəvət etdiyini bildirib.

Prezident Ərdoğan Finlandiya Prezidenti Sauli Niinisto və İsveçin Baş naziri Maqdalena Anderssonın Madriddə görüşəcəklərini bildirən Stoltenberq deyib:

"Məqsəd, əlbəttə ki, Finlandiya və İsveç məsələsində irəliləyiş əldə etməkdir. Mən heç bir vəd verməyəcəyəm, amma sizi əmin edə bilərəm ki, irəliləyiş əldə etmək üçün fəal işləyirik. Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciət etməsi tarixi qərardır. Bu, NATO-nu gücləndirəcək və Avro-Atlantik bölgəsində sabitliyə töhfə verəcək. Ona görə də məqsəd irəliləyiş əldə etməkdir".

Stoltenberq Finlandiya və İsveçin NATO-ya daxil olması üçün çox səy göstərdiklərini, lakin Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını da nəzərə almalarının vacibliyini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə