İndoneziya prezidenti Ukrayna və Rusiya arasında vasitəçi olmaq istəyir
“İndoneziya prezidenti Coko Vidodo Avropa ölkələrinə səfərə yola düşüb. O, səfər çərçivəsində G7 ölkələri başçılarının iyunun 26-dan 28-dək Almaniyada keçirilən sammitində iştirak edəcək, həmçinin Ukrayna və Rusiya prezidentləri ilə görüşərək tərəflər arasında sülh danışıqları üçün vasitəçilik rolu oynayacaq”, bu barədə iyunun 27-də İndoneziyanın “The Jakarta Post” nəşri məlumat yayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Səfərdən əvvəl yerli mətbuata açıqlama verən C.Vidodo bildirib ki, əvvəlcə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək və onunla qlobal ərzaq çatışmazlığına və xammalın qiymətlərinin kəskin artımına səbəb olan əməliyyatları dayandırmağa çağıracaq.
Qeyd edək ki, İndoneziya G20-yə üzv ölkələrin Rusiyanı cari ilin sonlarında Balidə keçiriləcək sammitə dəvət etməməklə bağlı tələblərinə cavab verməyib, əksinə, həm Rusiya, həm də Ukrayna prezidentini həmin sammitə dəvət edib.
Kiyevə səfərindən sonra Moskvaya getməyi də planlaşdıran İndoneziya prezidenti rusiyalı həmkarı ilə də eyni məzmunda müzakirələr aparmağı nəzərdə tutduğunu bildirərək deyib: “Mən bu missiyanı davam etdirərək prezident Vladimir Putini atəşin kəsilməsi məqsədilə dialoqa çağıracaq və müharibəni dayandırmağa çalışacağam”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB