30 gün ərzində ABŞ-da yüzlərlə rus malının mövqeləri üçün idxal rüsumları tətbiq olunacaq. Bir sıra əmtəə vahidləri üçün onlar 35 faizə qədər artırılacaq.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ağ Evin saytında yer alan prezident Cozef Baydenin fərmanında deyilir.
Fərmanında deyilir ki, “Rusiya Federasiyasının idxalı qadağan edilməyən bəzi digər məhsulları üçün rüsumların 35 faizə qədər artırılması əsaslandırılıb və ABŞ-ın xarici siyasət maraqlarına cavab verir”.
Qeyd edək ki, hələlik hansı malların bu artım altına düşdüyü açıqlanmasa da, amma bunun Belarusdan gələn məhsullara da təsir edəcəyi isyisna edilmir.
Xatırladaq ki, bundan əvvəl ABŞ-ın Rusiyadan gələn 570 mal qrupu üçün rüsumların artırılması və Rusiya Federasiyasının 500 məmuruna qarşı viza məhdudiyyəti tətbiq etmək niyyətində olduğu bildirilmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB