Daha Putinlə münasibətlər olmayacaq?

Şolz: “Artıq Rusiya ilə əvvəlki münasibətlərə qayıtmaq mümkün deyil”
Daha Putinlə münasibətlər olmayacaq?

Almaniya kansleri Olaf Şolz Rusiya Federasiyası ilə əvvəlki münasibətlərə qayıtmağı mümkünsüz hesab edir. SİA TASS-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Moskva ilə münasibətlərdə Ukraynada hərbi əməliyyatların başlamazdan əvvəlki dövrə “geri dönüş ola bilməz”.

Kansler xüsusi əməliyyatı beynəlxalq münasibətlərdə dönüş nöqtəsi adlandırıb və Rusiyanı dünya siyasətinin qaydalarını pozmaqda ittiham edib.

Qeyd edək ki, Şolz bundan əvvəl də yaxın gələcəkdə Rusiya ilə tam hüquqlu tərəfdaşlığın mümkünsüzlüyünü bildirmişdi.

Eyni zamanda, Almaniya hökumətinin başçısı prezident Vladimir Putinin orada olacağı təqdirdə noyabrda keçiriləcək G20 sammitində iştirakdan imtina etmək niyyətində olmadığını da bildirib.

Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukrayna münaqişəsi fonunda Avropa İttifaqının Putinlə normal münasibətlərə qayıtmayacağından ehtiyat etdiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə