ABŞ-ın Kaliforniya ştatında qatarın avtomobillə toqquşması nəticəsində 3 nəfər ölüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın Kaliforniya ştatının Contra Kosta dairəsində sərnişin qatarı avtomobilə çırpılıb.

Qəzadan sonra bölgəyə çoxlu polis və ilk yardım qrupları göndərilib. Polis hadisə nəticəsində avtomobildə olan 5 nəfərdən 3-nün həyatını itirdiyini, digər 2 nəfərin isə ağır xəsarətlərlə xəstəxanaya aparıldığını bildirib.

Qeyd edək ki, qatarda 80 nəfərin olduub, lakin xəsarət alanın olmadığı bildirilib.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə