Polis əməkdaşlarına pusqu qurdular

Meksikanın şimalında patrul xidməti aparan polisə hücum nəticəsində 6 polis ölüb, 4-ü yaralanıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Meksikanın şimalında vəzifə yerinə yetirən polis əməkdaşları pusquya düşüb.

Yerli vaxtla saat 03:00 radələrində Meksika-ABŞ sərhədi yaxınlığında baş verən hücumda 4 polis yaralanıb.

Qeyd edək ki, hücum edənlər yüksək çaplı silahlardan istifadə edib və 10 zirehli maşınla hadisə yerindən qaçıblar.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə