Gürcüstanın Kvemo Kartli bölgəsinin Marneuli şəhərində binanın eyvanının uçması nəticəsində 2 nəfər ölüb, 2 nəfər ağır yaralanıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Gürcüstanın paytaxtı Tbilisidən 35 kilometr aralıda yerləşən Marneuli şəhərində 5 mərtəbəli binanın sonuncu mərtəbəsindəki mənzilin eyvanı uçub.

Qəza zamanı balkonda olan iki qadın yıxılaraq həyatını itirib, binanın qarşısında oynayan iki uşaq isə ağır yaralanıb. Hadisə yerinə gələn çoxlu sayda polis və ilk yardım qruplarından sonra həyatını itirən qadınlardan birinin hamilə olduğu öyrənilib.

Qəzanın səbəbi hələlik məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə