...Başa düsmək olmur, Kremlin Ukraynaya silah verən ölkələrdən təvəqqesi nədir?

Bu arada “CNN” ABŞ administrasiyasındakı mənbələrə istinadən bu həftə Birləşmiş Ştatların Ukraynaya orta və uzun mənzilli raketdən müdafiə sistemləri tədarük etmək niyyətini elan etməyi planlaşdırdığını xəbər verir.

SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd edək ki, hazırda Almaniyada olan ABŞ prezidenti Cozef Bayden bundan əvvəl Vaşinqtonun Kiyevə “daha ​​təkmil raket sistemləri və döyüş sursatları” göndərmək niyyətində olduğuna işarə etmişdi.

Telekanal həmsöhbəti onu da bildirib ki, ABŞ-ın raket əleyhinə müdafiə sistemləri ilə yanaşı, Kiyevə başqa növ hərbi yardımlar, o cümlədən sursat və əks-akkumulyator radarları da ötürmək niyyətinin açıqlayacağı ehtimalı var.

Yeri gəlmişkən, Ukrayna hakimiyyəti silah tədarükünü təşkil etmək xahişi ilə dəfələrlə Qərb ölkələrinə müraciət edib.

...Və təbii ki, bu müraciətlər cavabsız qalmayaraq ABŞ, Avropa İttifaqı və Böyük Britaniya son bir neçə ay ərzində xüsusi hərbi əməliyyat keçirən Ukrayna Silahlı Qüvvələri üçün on milyardlarla dollar dəyərində sursat və hərbi texnika göndəriblər. Qeyd edək ki, təbii ki, bu rusları qane etmir.

Məsələn, bu arada Moskva silah və sursat anbarlarının qonşu ölkədəki Aerokosmik Qüvvələrin qanuni hədəfinə çevriləcəyinin xəbərdarlığını edib. Əslində bu xəbərdarlıq yox, “xox” gəlməkdir.

...Başa düsmək olmur, Kremlin Ukraynaya silah verən ölkələrdən təvəqqesi nədir? Yaxşı, onlar silah vermədilər, Rusiya da istəyinə nail olub bütöv Ukraynanı işğal etdi, bəs sonra nə olacaq? Axı, bu gün Moskvada oturan ruslar da Olqa Skabeevanın dediklərinin doğru olmadığını, yəni Ukraynada heç kimin rusu gül-çiçəklə qarşılamadıqlarına şahidlik edirlər. Əksinə, qəsbkar rus əsgərlərinə nifrət nümayiş etdirən yerli xalq onlara faşist deməkdən belə çəkinmir.

Rusiya isə hələ də Ukraynaya silah verənləri tənqid etməkdə israrlıdır.

Yeri gəlmişkən, ötən gün Almaniya Müdafiə Nazirliyinin rəhbəri Kristina Lambrext Ukraynaya tədarük edilən silahların Kiyev tərəfindən yalnız özünümüdafiə məqsədilə istifadə olunacağını bildirib.

...Və yenə də ötən gün Prezident Vladimir Zelenski Ukraynaya raket atan ruslara xəbərdarlıq edib.

O, bu gün Kiyevdəki dinc sahinləri hədəfə almış rusların sonradan tapılaraq, törətdikləri qətllərə görə cavab verəcəklərinin anonsunu verib.

“... Ukraynada raketlərin buraxılmasını təmin edən bütün pilotlar, dispetçerlər, texniklər və digər insanlar başa düşməlidirlər: biz hamınızı tapacağıq. Hər biriniz bu zərbələrə görə məsuliyyət daşıyacaqsınız “, - bunu Zelenski vurğulayıb.

Onun sözlərinə görə, əgər kimsə sifarişin belə olduğunu izah etməklə məsuliyyətdən yayına biləcəyini düşünürsə, yanılır. “Raketləriniz yaşayış binalarına dəyəndə,.. bunlar müharibə cinayətləridir. Hamınızı məhkəmə gözləyir. Və siz heç yerdə gizlənə bilməyəcəksiniz - nə raketləri atıldığınız Xəzər dənizi sahilində, nə də Belarusda... yəni heç yerdə”.

Bunlar da Zelenskinin sözləridir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə