Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirəcək

Yaponiya hökuməti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiya fərdlərinə və təşkilatlarına qarşı fərdi və ixrac sanksiyalarını genişləndirəcək.

SİA xarici mənbədən əldə etdiyi məlumata istinadən xəbər verir ki, NHK telekanalının məlumatına görə, bu barədə Yaponiyanın baş naziri Fumio Kişida Almaniyada keçirilən Yeddilik (G7) sammitində bildirib.

Qeyd olunur ki, Yaponiya Rusiya Federasiyasından olan 70 fiziki və hüquqi şəxsin aktivlərini dondurmaq, habelə Tokionun müdafiə sektoru ilə əlaqəli daha 90 Rusiya təşkilatına əlavə ixrac sanksiyaları tətbiq etmək niyyətindədir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə