Müraciət edilmədiyi halda necə baxıla bilər?

Aparılan son sorğulara görə, ukraynalıların NATO-ya üzvlüyünə dəstəyi azalıb

...Bu dəfə Ukrayna saytlarının yazdığına görə, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin beşinci ayında NATO ölkələri Soyuq Müharibədən bəri Alyans qüvvələrinin ən böyük hərbi yerləşdirilməsinə qərar verə bilər.

Təbii ki, bu ehtimal da olsa, amma Ukrayna tərəfi

NATO-nun iyunun 28-30-da Madriddə keçiriləcək sammitində alyansın belə bir qərar verə bilməsinə ümidlidir.

Əslində, ukraynalılarda bu ümidi İspaniyanın “El Pais” qəzetində yer alan bir məqalə yaradıb.

SİA bu barədə Ukrayna saytlarına istinad edir.

Beləliklə, İspaniya nəşrinin yazdığına görə, sammitdə tərəflər alyansın şərq cinahındakı qoşunlarının sayını demək olar ki, iki dəfə artırmaq barədə qərar qəbul edə bilərlər. Amma bununla belə, əlavə qüvvələrin yerləşdirilməsi ilə bağlı bir sıra məhdudiyyətlər mövcuddur. Xüsusilə, Baltikyanı ölkələrdə NATO hərbçilərinin daimi mövcudluğundan deyil, təbii ki, bölmələrin rotasiyasından danışılır.

Yenə də nəşrin yazdığına istinad etsək, sammitdə tərəflər NATO-nun şərq cinah ölkələrində indikindən daha böyük bölmələr yerləşdirmək qərarına gələ bilərlər.

Qeyd edək ki, bunu da Ukrayna tərəfi istisna edir.

Xatırladaq ki, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı hücumundan əvvəl orada yerləşən ölkələrdə (bu ölkələrin hərbi qüvvələri istisna olmaqla) NATO əsgərlərinin ümumi sayı 10 mindən çox deyildi. Bununla belə, fevralın sonunda ölkələr Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiyada daha dörd batalyon qrupunun yerləşdirilməsi barədə qərar qəbul ediblər.

Maraqlıdır ki, bu günlər sanki “NATO həsrətlisi” kimi çıxış edən prezident Vladimir Zelenski ölkəsinin alyansda olacağı təqdirdə hələ də Ukraynanın müstəqilliyi uğrunda döyüş olacağına əminlik bildirmişdi: “... döyüş olardı. Amma bu, başqa cür olardı. Mən belə düşünürəm. Bu qədər itkilər olmazdı, hansısa kiçik itkilər ola bilərdi. hərbi münaqişə və ya Rusiyanın təxribatları, onların fikir ayrılığı və s.”

Amma o da maraqlıdır ki, bunları deyib xəyallar quran Zelenski bu ərəfədə NATO-ya üzv olmaq üçün heç bir çəhd belə göstərməyib. Hətta tyunun 25-də belə Ukrayna NATO-ya üzv olmaq üçün heç bir addım atılmadığını bəyan edib.

Yeri gəlmişkən qeyd edək ki, bu günlərdə “Financial Times” qəzetinə müsahibə verən Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müavini İqor Jovkva Kiyevin bir sıra ölkələrin mövqeyinə görə bu istiqamətdə addım atmadığını bildirib.

“...Ukraynanın NATO-ya daxil olması məsələsinə heç vaxt baxılmayıb”. Bunu isə ötən gün İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.

Təbii ki, alyansa üzv olmaq üçün müraciət edilmədiyi halda üzvlüklə bağlı msələtə necə baxıla bilər?

...Və maraqlı nüans: aparılan son sorğulara görə, ukraynalıların NATO-ya üzvlüyünə dəstəyi azalıb. İqor Jovkva isə Ukraynanın NATO-ya daxil olmaq üçün addımlar atmaqdan müvəqqəti imtina etdiyini bildirir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə