“Ertuğrul Gazi” Türkiyəyə xidmətə davam edir

Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatda bildirilib...

Türkiyənin ilk üzən anbar və qazlaşdırma qurğusu (FSRU) gəmisi olan “Ertuğrul Gazi” 1 ildə təxminən 2,1 milyard kubmetr qazı yerli sistemə ötürüb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatda bildirilib: “Türkiyə bayraqlı “Ertuğrul Gazi” ötən il iyunun 25-də ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə enerji və təbii sərvətlər naziri Fatih Dönmezin iştirak etdiyi mərasimlə fəaliyyətə başlayıb.

Üstündən keçən düz 1 il ərzində “Ertuğrul Gazi” gecə-gündüz Türkiyənin təbii qaz təchizatına xidmət edib. Bu müddət ərzində ona 24 dəfə LNG transferi həyata keçirilib. Nəticədə “Ertuğrul Gazi” gəmisi 2,1 milyard kubmetr təbii qazı yerli sistemə köçürüb.

Türkiyənin enerji təchizatı təhlükəsizliyində mühüm rolu olan gəmi ölkəyə xidmətə davam edir”.

Bütün xəbərlər Facebook səhifəmizdə