Hadrutda daha bir hərbi hospital istifadəyə veriləcək

"İşğaldan azad olmuş ərazilərdə şəxsi heyətin tibbi təminatının təşkil edilməsi məqsədilə dörd ədəd yeni və tam təchizatlı tibb məntəqəsi, Kəlbəcər şəhərində yeni hərbi hospital istifadəyə verilmiş, Hadrut qəsəbəsində isə daha bir hərbi hospitalın qısa müddətdə istifadəyə verilməsi planlaşdırılır”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Kəlbəcər və Laçın rayonlarının ərazisində dislokasiya olunmuş hərbi hissələrin şəxsi heyətini çörəklə fasiləsiz təmin etmək üçün yeni çörəkbişirmə sexləri tikilərək istifadəyə verilib, təminatın yaxşılaşdırılması məqsədilə yanacaq, ərzaq və əşya anbarlarının yaradılması işlərinə başlanıb:

Bütün xəbərlər Facebook səhifəmizdə