Meksikada naməlum şəxslər 7 nəfəri oğurlayaraq qətlə yetirib

Meksikanın Yukatan ştatında naməlum şəxslər 7 nəfəri oğurlayaraq qətlə yetirib. Onların meyitləri Çikinsonot rayonundakı rançoda aşkar edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “El Sol de Mexico” saytı məlumat verib.

Bölgəyə xüsusi təyinatlı polis dəstələri və ordu birləşmələri cəlb olunub. Kütləvi qətl faktı hələ ki rəsmi olaraq təsdiqlənməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə