ABŞ-da müasir dünyanın dağılacağı proqnozlaşdırılır

Bu arada jurnalist Cessi Uotters müasir qloballaşan dünyanın iqtisadi səbəblərə görə dağılacağını bildirib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə “Fox News” telekanalına verdiyi açıqlamada bildirib.

Uotters qida və enerji ehtiyatlarının çatışmazlığı səbəbindən müasir dünyanın dağılacağını proqnozlaşdırıb. O. bu prosesin artıq başladığını da istisna etməyir.

Verlişin aparıcısı Peru Şri-Lankada baş verən ərzaq böhranlarını xatırladıb. O qeyd edib ki, bu problem istənilən ölkəyə təsir edə bilər.

Aparıcı əlavə edib ki, Birləşmiş Ştatlar qlobal dünya nizamının işləməsini, ABŞ Hərbi Dəniz Qüvvələri isə gəmiçiliyi qoruyub. Amma hazırda ölkə bu qabiliyyətin itirilməsi ilə üz-üzədir.

Uottersin həmsöhbəti, “Dünyanın sonu sadəcə başlanğıcdır” kitabının müəllifi Piter Zeyhan əlavə edib ki, ABŞ əvvəlki kursundan sadiq qalmaq istəyini itirir.

“...Biz bütün əvvəlki qüvvəmizi israf etmişik. Bizim hazırda xidmətdə olan 14 təyyarədaşıyıcımız var, daha bir neçəsi də yoldadır - bu, bir ölkəni məhv etmək üçün kifayətdir. Lakin dəniz ticarətini qorumaq üçün okeanları patrul etmək üçün təxminən 800 esmines lazımdır və onlardan yalnız 70-i var”.

Bunu da Piter Zeyhan bildirib.

Bundan əvvəl Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov dünya nizamının Amerika mərkəzli modelinin tənəzzül etdiyini açıqlamışdı. O bunu, indiki böhranın başlanğıcı kimi təqdim etmişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə